ART RIGHT LLC

Xocalı Yaşayış Kompleksi – Kompleks MEP Həlləri

Xocalı Yaşayış Kompleksi ART RIGHT MMC-nin Qarabağ bölgəsində həyata keçirdiyi mühəndislik layihələrindən biridir.

Layihə 15 binadan ibarət geniş yaşayış kompleksini əhatə edir. ART RIGHT tərəfindən kompleks üzrə daxili və xarici MEP işlərinin icrası həyata keçirilib.

Belə irimiqyaslı yaşayış layihələrində mühəndislik sistemlərinin düzgün koordinasiyası binaların funksionallığı və uzunmüddətli istismarı baxımından mühüm əhəmiyyət daşıyır. ART RIGHT layihə çərçivəsində MEP işlərinin icrası ilə yaşayış kompleksinin müasir mühəndislik infrastrukturunun formalaşdırılmasına töhfə verib.

Xocalı layihəsi şirkətin işğaldan azad edilmiş ərazilərin

yenidən qurulması prosesində iştirak etdiyi layihələr sırasında yer alır.