ART RIGHT LLC

Şirkət haqqında

“ART RIGHT” MMC 23.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, tikinti, tədarük və mühəndislik sahəsində ixtisaslaşmış müasir şirkətdir. Şirkətimiz qısa müddət ərzində bazarın aparıcı müəssisələrindən birinə çevrilmişdir.

Fəaliyyətimizin əsasını təşkil edən Ampul.az vasitəsilə elektrik avadanlıqları və işıqlandırma məhsullarının topdan və pərakəndə satışını həyata keçirir, eyni zamanda sənaye və məişət obyektləri üçün kompleks mühəndislik və montaj xidmətləri təqdim edirik.

Dünyaca məşhur brendlərin rəsmi distribusiyasını həyata keçirərək, müştərilərimizə ən son texnologiyalara uyğun orijinal və sertifikatlı məhsullar təklif edirik. Tərəfdaşlarımız arasında CHINT, WELLMAX, SCHNEIDER, LEGRAND, LIPER, AMOR FATI və digər aparıcı şirkətlər var.

Azərbaycanın tikinti və infrastruktur sektorunda rəsmi distribusiyalarımız, peşəkar mühəndis heyətimiz və 100-dən çox uğurlu layihəmizlə xidmətinizdəyik. Qarabağın bərpası və quruculuq işlərindən tutmuş nəhəng sənaye, ticarət və yaşayış obyektlərinə qədər geniş təcrübəyə malikik.

Missiyamız: Azərbaycanın tikinti, sənaye və infrastruktur sektoruna ən son texnologiyalı, təhlükəsiz və dayanıqlı elektrik məhsulları təqdim etmək, peşəkar mühəndislik və montaj həlləri ilə ölkənin iqtisadi və sosial inkişafına töhfə verməkdir.

Baxışımız: Qlobal brendlərin etibarlı tərəfdaşı olaraq, bölgədə mühəndislik, işıqlandırma və texniki təchizat sahəsində liderliyimizi qorumaq, innovativ və keyfiyyətli xidmətlərimizlə hər bir məkana işıq və enerji gətirməkdir.

Baku, Abşeron yarımadası, o cümlədən Qarabağ bölgəsində və ölkənin digər nöqtələrində uğurla icra etdiyimiz layihələrimizlə ətraflı tanış olmaq üçün veb-saytımızın Layihələr bölməsinə baxa bilərsiniz.“ART RIGHT” MMC 23.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, tikinti, tədarük və mühəndislik sahəsində ixtisaslaşmış müasir şirkətdir. Fəaliyyət göstərdiyimiz müddətdən etibarən Azərbaycanın tikinti və infrastruktur sektorunda, o cümlədən Qarabağın bərpasından nəhəng sənaye obyektlərinə qədər 100-dən çox uğurlu layihəyə imza atmışıq.

Şirkətimiz qlobal brendlərin rəsmi distribusiyasını həyata keçirir. Geniş çeşidli məhsullarımızla yanaşı, həm material tədarükü (idxal), həm də peşəkar quraşdırılma (MEP) xidmətləri təqdim edirik. Əməkdaşlıq etdiyimiz tanınmış beynəlxalq brendlər sırasında CHINT, WELLMAX, LIPER, Schneider, Legrand və “Amor Fati” kimi qabaqcıl adlar yer alır.

Topdan və pərakəndə satış platformamız olan Ampul.az vasitəsilə sənaye və məişət istifadəsi üçün avtomat açarlar, relelər, kontaktorlar, kabel və naqillər, LED lampalar, sensorlar və s. təqdim edirik. Fərdi alıcıdan tutmuş böyük sənaye müəssisələrinə qədər hər bir tərəfdaşımıza fərdi yanaşma və texniki dəstək göstəririk.

Məqsədimiz müştərilərimizə ən son texnologiyalara uyğun, yüksək keyfiyyətli və təhlükəsiz elektrik məhsulları təqdim etməkdir. Geniş məhsul seçimi, orijinal və sertifikatlı məhsullar, rəqabətli qiymətlər, operativ və peşəkar xidmət, həmçinin bütün Azərbaycana sürətli çatdırılma fəaliyyətimizin əsas prinsiplərini təşkil edir.

Art Right MMC olaraq fəaliyyət dövrümüzdə “Pepsi” zavodu və anbarları, “BHC” şirkətinin 5 mərtəbəli ofis binası, “Bravo” və “Araz” supermarketlər şəbəkəsi, Hacıkənd oteli, eləcə də müxtəlif yaşayış kompleksləri kimi mühüm layihələrin elektrik və mühəndislik işlərini uğurla yerinə yetirmişik.