ART RIGHT LLC

Şirkət haqqında məlumat

“ART RIGHT” MMC 23.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış, tikinti, tədarük və mühəndislik sahələrində ixtisaslaşan müasir şirkətdir. Fəaliyyət göstərdiyimiz müddət ərzində Azərbaycanın tikinti və infrastruktur sektorunda, o cümlədən Qarabağın bərpası və quruculuğu, sənaye, ticarət və yaşayış obyektləri üzrə 100-dən çox uğurlu layihə həyata keçirmişik.

Şirkətimiz qlobal brendlərin rəsmi distribusiyasını həyata keçirir. Geniş məhsul çeşidimizlə yanaşı, materialların tədarükü və idxalı, eləcə də peşəkar mühəndislik və quraşdırma (MEP) xidmətləri təqdim edirik. Əməkdaşlıq etdiyimiz beynəlxalq brendlər arasında CHINT, WELLMAX, LIPER, Schneider ElectricLegrand kimi aparıcı şirkətlər yer alır.

Topdan və pərakəndə satış platformamız olan Ampul.az vasitəsilə sənaye və məişət istifadəsi üçün avtomat açarlar, relelər, kontaktorlar, kabel və naqillər, LED lampalar, sensorlar və digər elektrik və işıqlandırma məhsulları təqdim edirik. Fərdi alıcılardan tutmuş iri sənaye müəssisələrinə qədər hər bir müştəri və tərəfdaşımıza fərdi yanaşma, texniki məsləhət və peşəkar dəstək göstəririk.

Əsas məqsədimiz müştərilərimizə müasir texnologiyalara uyğun, yüksək keyfiyyətli, təhlükəsiz və sertifikatlaşdırılmış elektrik məhsulları təqdim etməkdir. Geniş məhsul seçimi, orijinal məhsullar, rəqabətqabiliyyətli qiymətlər, operativ və peşəkar xidmət, eləcə də Azərbaycanın bütün bölgələrinə sürətli çatdırılma fəaliyyətimizin əsas prinsiplərini təşkil edir.

“ART RIGHT” MMC olaraq fəaliyyətimiz dövründə Pepsi zavodu və anbarları, “BHC” şirkətinin 5 mərtəbəli ofis binası, BravoAraz supermarketlər şəbəkəsi, Hacıkənd oteli, eləcə də müxtəlif yaşayış kompleksləri kimi mühüm layihələrdə elektrik və mühəndislik işlərini uğurla həyata keçirmişik.

Missiyamız Azərbaycanın tikinti, sənaye və infrastruktur sektoruna ən son texnologiyalara uyğun, təhlükəsiz və dayanıqlı elektrik məhsulları təqdim etmək, peşəkar mühəndislik və montaj həlləri ilə ölkənin iqtisadi və sosial inkişafına töhfə verməkdir.

Baxışımız qlobal brendlərin etibarlı tərəfdaşı olaraq mühəndislik, işıqlandırma və texniki təchizat sahəsində lider mövqeyimizi qorumaq, innovativ və keyfiyyətli xidmətlərimizlə hər bir məkana işıq və enerji gətirməkdir.

Bakı və Abşeron yarımadası, Qarabağ bölgəsi və Azərbaycanın digər ərazilərində uğurla icra etdiyimiz layihələr və təqdim etdiyimiz həllər haqqında ətraflı məlumatla tanış olmaq üçün veb-saytımızın Layihələr bölməsinə nəzər yetirə bilərsiniz.